TӘDBIRIN IDARӘ OLUNMASI

    ‌‌‍‍

    ‌‌‍‍

Fikrimizcə, hər bir təcrübə sürpriz elementləri ilə olan fərdi incəsənət və texnologiyanı özündə əks etdirməlidir. Fəaliyyətə başladığımız gündən etibarən eksklüziv dizayna və möhtəşəm performansa uyğunlaşdırılan innovasiya konsepsiyaları və kreativ ideyalarımız sayəsində fərqli üslubda çalışan və artıq böyük təcrübəyə malik olan nüfuzlu agentlik adını qazanmışıq. Tədbirlərin təşkili üzrə təklif etdiyimiz model istədiyiniz ideyaların qüsursuz şəkildə həyata keçirilməsini təmin edəcək fərdi bir yanaşmadır. Arzularınızı bizimlə gerçəkləşdirin!

    ‌‌‍‍

    ‌‌‍‍

ISTEHSAL VӘ KIRAYӘ

    ‌‌‍‍

Hamımızın eyni dalğaya köklənməsi olduqca vacibdir. Biz böyük məmnuniyyətlə gördüyümüz vizual işləri və animasiyaları öncədən göstərib, sizinlə razılaşdıracağıq. Konsepsiya qəbul edildikdən sonra layihənin müxtəlif seqmentlərini idarə etmək üçün mütəxəssislər qrupu cəlb olunur. Birbaşa əlaqə üçün sizə təcrübəli layihə meneceri təyin olunacaq ki, o, bütün layihə müddəti ərzində müəyyən təkliflər və məsləhətlərlə sizi istiqamətləndirəcək.

‌‌‍‍‎    ‌‌‍‍  ‌‌‍‍‎    ‌‌‍‍‎    ‌‌‍‍‎   ‌‌‍‍‎    ‌‌‍‍‎    ‌‌‍‍‎ ‎

‌‌‍‍‎    ‌‌‍‍‎    ‌‌‍‍‎    ‌‌‍‍‎     ‌‌‍‍‎    ‌‌‍‍‎    ‌‌‍‍‎   ‌‌‍‍‎    ‌‌‍‍‎    ‌‌‍‍‎  ‌‌‍‍‎

ӘYLӘNCӘ

    ‌‌‍‍

    ‌‌‍‍

Yerli və beynəlxalq miqyaslı məşhur artistlər şəbəkəsini inkişaf və idarə edərək “A+A Events” tədbirlərinizin ən yaxşıları ilə təmin olunacağına zəmanət verir. İdeyalarınızı bizə çatdırın, təcrübəmizə etibar edin və xüsusilə sizin tədbiriniz üçün seçilən ideal müğənni, rəqqas, aktyor, teleaparıcı və s. xidmətinizdə olacaq.

    ‌‌‍‍

    ‌‌‍‍

BIZ KIMIK?

    ‌‌‍‍

    ‌‌‍‍

“A+A Events” – tədbirlərin təşkili və idarə edilməsi sahəsində Azərbaycanda 2013-cü ildən etibarən fəaliyyət göstərən, beynəlxalq mükafatlara layiq görülən və ölkədə sözügedən sahənin inkişafını öhdəsinə götürən aparıcı multuservis marketinq şirkətidir. Əsas məqsədimiz yerli xidmətləri ən yüksək dünya standartlarına uyğun təkmilləşdirməkdir. Qeyri-müəyyən ideyaları reallıq və nağılın maraqlı qarışığına çevirmək üçün biz incəsənət, dizayn və idarəetmə kimi sahələrdə çalışan ən peşəkar insanlarını tədbirlərimizə cəlb edirik. Tədbir planlaşdırıcılarını, dizaynerləri, memarları və audiovizual mütəxəssisləri bir araya gətirən, icəsənəti ən qabaqcıl texnologiya ilə birləşdirən amil insanları ilhamlandırmağa olan sevgimizdir. Təşkil etdiyimiz möhtəşəm və unikal şoular komanda və müştərilərimizin əsl qürur mənbəyidir.

    ‌‌‍‍

    ‌‌‍‍

NIYӘ MӘHZ “A+A Events”?

    ‌‌‍‍

    ‌‌‍‍

Gördüyümüz iş bizim üçün təkcə biznes deyil, eyni zamanda, insanlara unudulmaz anlar yaşatmağa olan sevgimizdir. Biz sadəcə tədbirlərin planlaşdırılması agentliyi deyilik – peşəkar və təcrübəli mütəxəssislərimizi seçdiyiniz və etibar etdiyiniz andan biz sizin ideyalarınızdan ilhamlanan, vaxtınıza qənaət edən və vəsaitinizin qədrini bilən bir ailəyə çevrilirik. Bizə çatdıracağınız mesaj ərsəyə gətirəcəyimiz və sonradan sizin və qonaqlarınızın uzun illər ərzində yaddaşlarında qalacaq şah əsərin əsas təməlidir. Tədbiriniz miqyasından və mövzunun mürəkkəbliyindən asılı olmayaraq, istər bu, beynəlxalq mahnı müsabiqəsi olsun, istərsə də korporativ bayram axşamı, bizim cəsarətli komandamız ideyalarınızı həyata keçirməyə daim hazırdır.

    ‌‌‍‍

    ‌‌‍‍

Biz işimizə şövqlə yanaşan peşəkarlarıq: komandamız beynəlxalq ekspertləri və ən yüksək sənaye standartlarına uyğun təlim keçmiş yerli heyəti özündə birləşdirir. Beynəlxalq əməkdaşlarımızın əksəriyyəti uzun illər ərzində tədbirlərin təşkili sahəsində fəaliyyət göstərir. Onlar motivasiyalı, işinə sadiq olan və səylə çalışan mütəxəssislərdir.

	    
Leyla Aliyeva

Leyla Aliyeva

Managing Director

Kamran Guliyev

Kamran Guliyev

Head of Production

Nargiz Safarova

Nargiz Safarova

Event Director

Aydan Aliyeva

Aydan Aliyeva

PR & Marketing Manager

Yuliya Aliyeva

Yuliya Aliyeva

Event Manager

Gunel Hussaini

Gunel Hussaini

Business Development Manager

Ruslan Kuznetsov

Ruslan Kuznetsov

Head of Video

Maksim Lagutkin

Maksim Lagutkin

Procurement Manager

Lolita Sharpar

Lolita Sharpar

Accountant

Aliya Gadzhiyeva

Aliya Gadzhiyeva

Digital Designer

Aslan Mehdiyev

Aslan Mehdiyev

Head of Lighting

Vadim Aleksandrov

Vadim Aleksandrov

Head of Audio

Anastasiya Lobanovskaya

Anastasiya Lobanovskaya

Digital Designer

Kontaktlar

_________

‌‌‍‍ Ünvan: AZ1014, Bakı, Azərbaycan, Səməd Vurğun küç., 78

‌‌‍‍ ‌‌‍‍Telefon: (+99412) 497 51 07
‌‌‍‍‎    ‌‌ (+99450) 290 91 00

‌‌‍‍ Email: info@aagroupevents.com

‌‌‍‍